Bütün siyahı

Xalq Bank və Ulduzumla Dubaya səyahət qazanın!

Bakcell Ulduzum və Xalq Bank birgə möhtəşəm lotereya keçirir. Qalibləri müxtəlif dəyərli hədiyyələr və əsas mükafat Dubaya səyahət gözləyir.

 

Lotereya 15 mart – 20 iyun 2019-cu il tarixlərini əhatə edir.

 

Lotereyada iştirakın şərtləri

Bakcell abunəçisi www.xalqbank.az saytında öz mobil nömrəsi və Xalq Bank kartı ilə qeydiyyatdan keçməlidir. 

Lotereyada iştirak üçün Xalq Bank ödəniş kartının sahibi, abonenti olduğu Bakcell nömrəsindən 5555 qısa nömrəsinə kartının son 6 rəqəmini və doğum tarixini  (rrrrrr gg.aa.iiii) əks etdirən rəqəmi göndərməlidir. Lotereyada 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər.

Qeydiyyatdan keçmiş kartlarla ödənişlərin hər 5 AZN-i üçün müvafiq mobil nömrəyə 1 Bakcell danışıq dəqiqəsi hesablanır.

Mobil nömrənin balansına yüklənmiş hər danışıq dəqiqəsi kart sahibinə bir elektron lotereya bileti qazandırır. Hər bir iştirakçı istənilən sayda bilet əldə edə bilər, bir elektron lotereya bileti bir şans qazandırır: 1 dəq. = 1 elektron bilet = 1 şans.

  

3 tiraj keçiriləcək

15 mart 15 aprel 2019-cu il tarixləri arası toplanan lotereya biletləri 22 aprel 2019-cu il tarixində keçirilən birinci tirajda oynanılır.
16 aprel – 15 may 2019-cu il tarixləri arası toplanılan lotereya biletləri 20 may 2019-cu il tarixində keçirilən ikinci tirajda oynanılır.
16 may – 15 iyun 2019-cu il tarixləri arası toplanılan lotereya biletləri 20 iyun 2019-cu il tarixində keçirilən üçüncü tirajın birinci mərhələsində oynanılır.
15 mart – 15 iyun 2019-cu il tarixləri arası toplanan bütün lotereya biletləri 20 iyun 2019-cu il tarixində keçirilən üçüncü tirajın ikinci mərhələsində oynanılır.

 

Lotereyanın hədiyyələri

Dubaya səyahət, 1 nəfərlik;
“Qəbələ Karvansaray Hoteli”ndə 2 gün, 1 gecəlik 2 nəfərlik qonaqlama kuponu;
SAMSUNG J120 DS smartfonu - 1 ədəd;
SAMSUNG J105 DS smartfonu - 2 ədəd;
Hugo Boss power bank - 1 ədəd;
CERRUTI kompyuter çantası - 1 ədəd;
Özçəkim çubuğu - 3 ədəd;
50 AZN-lik hədiyyə kuponu Sabina Parfumery & Cosmetics mağazalar şəbəkəsindən - 3 ədəd;
50 AZN-lik hədiyyə kuponu “Nisa Beauty” gözəllik salonundan - 3 ədəd;
30 Litr-lik elektron yanacaq talonu Azpetrol şirkətindən - 6 ədəd;
30 AZN-lik hədiyyə kuponu “Domino’s Pizza” şəbəkəsindən - 6 ədəd;
20 AZN-lik hədiyyə kuponu - “Burger King” şəbəkəsindən - 3 ədəd;
2 nəfərlik Cinema Plus bileti - 30 ədəd.

 

Lotereyanın qaydaları haqqında daha ətraflı BURADAN tanış olmaq mümkündür.

Yüklənir